Текст песни
Mərifət kəsb etmədən sən fanisən
Bir-iki gün dünyanın mehmanisən
Həqqi bilsən dünyanın sultanisən
Bilməsən xud div ilə şeytanisən
Qərinələr ayrılıq cüda
Kitabələr qan dolu mida
Saçın telin yolduran vida
Qəfil silah dolduran nida
Qiyaməti gördürən səda
Canı cana eylədim fəda
Həqiqəti axtaran gəda
Cavabları bəllədi xəta
Xəzinələr torpağa çatar
Dəfinələr ortada qalar
Rəfinələr boş başa həba
Mədinələr qardaşa dəva
Nədir fəqirlər çəkir cəfa?!
Gələr Nəbi əlində şəfa
Axır zaman yetəndə cəza
Çıxar özü oxundan fəza